XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Aprel 2019 - 11:23

Naxçıvanda nağdsız ödəniş zonası yaradılacaq- Açıqlama

Naxçıvan Muxtar Respublikasında pilot layihəsi olaraq nağdsız ödəniş zonası yaradılacaq. Bu barədə ONA-ya Beynəlxalq Maliyyə Korporasiyasının (IFC – International Finance Corporation) Bakı ofisinin rəhbəri Aliyə Əzimova məlumat verib.

Onun sözlərinə görə, layihənin icrası ilə bağlı hazırda Naxçıvan hökuməti ilə danışıqlar aparılır: “Söhbət pilot olaraq nağdsız ekosistemin yaradılmasından gedir. Bu proses elə də asan deyil. Layihədə həm qanunvericilik orqanları, həm də telekommunikasiya şirkətləri, banklar, ödəniş sistemləri və digər tərəflər iştirak edəcək. Düşünürəm ki, bu pilot layihənin icrasına başlanması ilə bağlı məsələlər cari il ərzində öz həllini tapacaq və layihəyə start veriləcək. Pilot layihə başa çatdıqdan sonra bu təcrübə bütün ölkə üzrə tətbiq olunacaq”.

IFC-nin Bakı ofisinin rəhbərinin sözlərinə görə, Naxçıvanda icra olunacaq pilot layihə qanunvericilik bazasının, ümumi ekosistemin, eləcədə mobil ödənişlər üçün ümumi platformasının yaradılmasına yönəlib.

“Biz bu sahədə həm tənzimləyici ilə, həm də bazar iştirakçıları ilə birgə işləyirik. Bu sahədə işlər bir neçə işçi qrupumuz tərəfindən aparılır. Hazırda onlar həm qanunvericiyə, həm tənzimləməyə, həm də bazara dair məsələləri müzakirə edirlər. Müəyyən modellər işlənilir ki, onlara uyğun olaraq bazara müxtəlif məhsullar çıxarmaq mümkün olacaq”, – deyə A. Əzimova bildirib.