“Sərhədlərimiz boyunca yaratmağa çalışılan terror dəhlizi ilə bizi diz çökdürəcəklərini düşünənlərə atdığımız addımlarla bunun mümkün olmadığını göstərdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşı Xüsusi Təyinatlı Polis Təşkilatının yaradılmasının 174-cü ildönümü və Xüsusi Təyinatlı Polis Təşkilatının yeni binasının açılışı tədbirindəki çıxışında bildirib.
“Hazırda həbsxanalarda 30 559 FETÖ-çü var. Onlardan 20 226-sı barədə hökm çıxarılıb, 10 333-ü isə istintaq altında saxlanılır. İndiyədək polis sıralarından xaric edilənlərin sayı 31 mindən çoxdur. Ordu sıralarından xaric edilənlərin sayı 15 mini, məhkəmə sistemindən isə uzaqlaşdırılanların sayı 4 mini keçib”, – Türkiyə Prezidenti vurğulayıb. (Report)