XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 14:45

Naxçıvanla bağlı xəbər iki il əvvəlin yanlış xəbəridir –Rəsmi

Müdafiə Nazirliyi

 

 

Müdafiə Nazirliyi: "Naxçıvanla bağlı xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət edir"

 

Azərbaycan Müdafiə Nazirliyi bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanmasına münasibət bildirib.

 

Nazirliyin mətbuat xidməti report.az-ın sorğusuna cavab olaraq qeyd edir ki, məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib:

 

"Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk".