XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2019 - 22:16

Baş nazir:"Gürcüstan BTC ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır"

Gürcüstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında azərbaycanlı deputat Qənirə Paşayevanın sualına cavab verərkən deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:

“Birlikdə biz tarixi layihələr reallaşdırırıq. OnlardaN bəzilərini xatırladım: Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”. Biz hesab edirik ki, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilərik. Avropalı həmkarlarımızla bu sahədə dialoqlar aparırıq. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəmərinin gücü var və əlbəttə ki, biz Azərbaycanla birgə bu dəhlizlə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirə bilərik”.