Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Görüşdə TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.