XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 20:26

Sumqayıtda reyd keçirildi –5 sürücü haqqında protokol tərtib edildi

Sumqayıt şəhəri ərazisində “Təmiz Hava” aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib. “Təmiz Hava”aylığı çərçivəsində kemirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.