XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 22:37

Rəsmi Ankaradan Sudandakı dövlət çevrilişinə reaksiya:"Xalqın yanındayıq"

“Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Sudanda dincliyin, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün qardaş Sudan xalqının yanındadır”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Sudandakı çevriliş olayı ilə bağlı bəyanatında deyilib.

Bəyanatda siyasi proseslərin demokratik yolla və milli uzlaşma çərçivəsində həllinin vacibliyi vurğulanıb.

“Sudanda təhlükəsizliyin və sabitliyin qorunması bütün region üçün sabitliyinin təminatıdır”, – deyə bildirilib/Axar.az.