XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2019 - 00:27

ABŞ-ın yeni daxili işlər naziri bəlli oldu –Senat Devid Bernhardı vəzifəsinə təsdiqlədi

ABŞ Senatı ölkənin daxili işlər naziri vəzifəsinə Devid Bernhardı təsdiqləyib.

Bu barədə “The Washington Post” qəzeti bildirib.

Bernhardt yanvarın əvvəlindən ölkənin Daxili İşlər Nazirliyinin başçısı vəzifəsini icra edir. Daha əvvəl bu vəzifəni Rayan Zinke tutub. O, büdcə vəsaitlərinin bədxərcliyində ittiham edilərək vəzifədən uzaqlaşdırılıb.

ABŞ-ın Daxili İşlər Nazirliyi güc strukturu deyil, o, əsasən təbii resurslardan istifadə ilə məşğul olur/Report.