XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2019 - 11:36

Bakı Metropoliteni tarixində ilk:Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

Trend-in məlumatına görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.