XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2019 - 13:32

Bakının bəzi mərkəzi yollarının kəsişməsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq- Bakı Nəqliyyat Agentliyi

Yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş. Bədəlbəyli küçəsinin R. Behbudov və S. Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, ümumilikdə 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.