XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2019 - 14:17

Metroda maşinistlər yeni forma geyinəcəklər- Gələn aydan

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.

“Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır”,- sədr müavini əlavə edib.