XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 18:54

Dəmir yolu ilə 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb

demiryol-11

 

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 1,4 milyon ton yük, 157,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşımalarda müvafiq olaraq 20,1 və 19,3 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 342 vaqon yüklənib, 331 vaqon boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.