XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 15:48

AFFA klubları cərimələyib –Xərək daşıyan şəxslərə görə

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən “Səbail-2” və “Sumqayıt-2” komandalarını 80 manat məbləğində cərimələyib. 

Buna səbəb hər iki kollektivin XXII tur matçlarında xərək daşıyan şəxslərin sayının əsasnaməyə uyğun olmamasıdır.

Paytaxt klubu “Qaradağ Lökbatan”, “gənclik şəhəri” təmsilçisi isə “Sabah-2” ilə oyunda eyni səhvə yol verib.

Qeyd edək ki, əsasnaməyə görə xərək daşıyanların sayı 4 nəfər və yaşları 18-dən yuxarı olmalıdır/Report.