XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2019 - 16:04

“Total” şirkəti yanan kilsə üçün 100 milyon avro ayırdı –Açıqlama

Fransanın “Total” neft-qaz korporasiyası Paris Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro vəsait ayıracaq.

Bu barədə kompaniyanın baş direktoru Patrik Puyanne danışıb.

”Fondation du Patrimoine” Fondunun ilk sponsoru “Total” Paris Notr-Dam kilsəsinin rekonstruksiyası üçün 100 milyon avro ayıracaq”, – Puyanne bildirib.

Baş direktor Tvitter hesabında etdiyi paylaşımı Parisin devizi – “Fluctuat nec mergitur” (“Üzür, ancaq batmır”) ilə birlikdə təqdim edib.

Qeyd edək ki, bu gün daha bir fransız milyarder Fransua Anri Pinonun da Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro ayırdığı barədə əlumat yayılmışdı/Axar.az.