XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 21:15

 “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

Federika Moqerini

 

"Report"un verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağı tanımır.

"Münaqişənin status-kvosu qeyri-sabitdir", – deyə F.Mogerini qeyd edib. O, tərəfləri münaqişəni danışıqlar və sülh yolu ilə həll etməyə çağırıb və bildirib ki, Dağlıq Qarabağ məsələsi Aİ üçün prioritet olaraq qalır.

Aİ-in ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini deyən F.Mogerini tərəflər arasında qarşılıqlı inamın yaranmasının vacibliyini qeyd edib.