XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 18:57

Azərbaycan Premyer Liqası:"Səbail" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

“Report”un məlumatına görə, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə “Səbail” arasında keçirilib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 13-cü dəqiqədə açılıb. “Sumqayıt”ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə “Səbail” tarazlığı bərpa edib. Ağabala Ramazanov bərabərlik qolunu vurub. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb. Beləliklə, xallarını 38-ə çatdıran “Səbail” 3-cü pillədə möhkəmlənib. “Sumqayıt” isə 20 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” və “Keşlə” komandaları qarşılaşacaq. Tura aprelin 19-da keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” matçları ilə yekun vurulacaq.