XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2019 - 11:27

Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiqləndi –Baş nazirdən qərar

Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etməlidir.

Həmçinin qərarla Bakı Dövlət Universitetinin (BDU) nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları da müəyyənləşib. Belə ki, universitetin nizamnamə fondu 50 milyon manat olacaq.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən 12 xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılacaq.

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır/Report.