XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2016 - 10:10

Bu gündən rezidenturaya ərizə qəbulu başladı –TQDK

TQDK

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.

 

Strateq.az TQDK-ya istinadən xəbər verir ki, ərizə qəbulu martın 10-a kimi davam edəcək. Qəbul imtahanının I mərhələsi aprelin 3-də, II mərhələsi isə iyulun 29-da olacaq. Qəbul imtahanının birinci mərhələsi üçün sınaq imtahanı (onlayn rejimdə) isə martın 19-dan başlayacaq.

 

İxtisaslaşma seçimi avqustun 1-dən 7-dək, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 5-dək, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat isə 24-25 avqustu əhatə edəcək.