XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 16:11

Nazir Zakir Həsənov yenidən Türkiyəyə gedir
Mayın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankaraya yola düşəcək.

Strateq.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər çərçivəsində – mayın 4-də Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi ordu generalı Necdet özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.

üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokolun imzalanması nəzərdə tutulub.