XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2016 - 11:08

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün üç günlük təlim –BMT tərəfindən

miqrasiya-bina

 

Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyi 01-03 mart 2016-cı il tarixlərində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurlarına dair üç günlük təlim keçirir.

Bu barədə Strateq.az-a BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyindən məlumat daxil olub.

Bildirilib ki, təlimin sessiyaları aşağıdakı mövzuları əhatə edir :

1) İnandırıcılığın qiymətləndirilməsi: Məqsəd və prinsiplər;

2) İddianın əsaslılığının təhlili və

3) Keyfiyyətin təminatı;

 

Təlimin məqsədi DMX-nin QSM proseslərinə cəlb olunan və xüsusi ehtiyacı olan sığınacaq axtaran şəxslərlə işləyən əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına kömək etməkdən ibarətdir.

 

Məlumatda o da vurğulanıb ki, Azərbaycan Respublikası 2013-ci ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlmişdir. Azərbaycan Respublikası ilə yanaşı, layihə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.