XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2019 - 16:35

“Nordstar” aviaşirkəti Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır –Səbəb

“Nordstar” aviaşirkəti yeni təyyarə tədarükünün gecikməsi ilə əlaqədar yay uçuş proqramında ixtisarlar edib.

Daşıyıcı Norilsk-Samara-Bakı və Norilsk-Ufa-Anapa reyslərini müvəqqəti dayandırır.

Bu reyslərin sərnişinlərinə digər yaxın tarixlərə qeydiyyat aparılması və ya Moskva tranziti ilə uçuşlar təklif olunur.

“Son təyinatdan asılı olmayaraq, hər bir sərnişinə başqa aviadaşıyıcılarda uçuşlar da daxil olmaqla ən rahat variant seçilir. İstənilən dəyişiklik halında daşınma aviaşirkətin hesabına həyata keçirilir və sərnişinlərdən əlavə ödəniş tələb olunmayacaq”, – “Nordstar”dan əlavə ediblər. (Report)