XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2019 - 00:44

Türkiyə Superliqası:“Beşiktaş” son dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasının XXIX turunun son oyununda “Sivasspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

“Yeni Sivas 4 Eylül” stadionunda keçirilən görüşün 31-ci dəqiqəsində İstanbul təmsilçisinin müdafiəçisi Damaqoy Vida hesabı açıb. Lakin meydan sahibləri 45-ci dəqiqədə Fousseni Diabatenin vurduğu qolla hesabı bərabərləşdiriblər. İstanbul futbolçuları isə 87-ci dəqiqədə Burak Yılmazın qolu sayəsində hesabda önə keçiblər. Bu, oyunda vurulan son qol olub.

Beləliklə, “Beşiktaş” səfərdə “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib. Hazırda “Beşiktaş” turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb. Cədvəldə “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” isə 59 xalla ikincidir(azərtac).