XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 10:15

Dövlət qulluğuna qəbulla bağlı növbəti dəyişiklik oldu –DİM-dən açıqlama

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında növbəti aşağıdakı dəyişikliklər edilib.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1512-VQ nömrəli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında aşağıdakı dəyişikliklər olunub:

1. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.

2. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.