XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2019 - 15:54

Təhsil nazirinin müavini:"Məqsədimiz odur ki, uşaqlar əmin-amanlıqda və sülh içində yaşasınlar"

“Biz bir xalq kimi Türkiyəyə həmişə arxalanırıq. Türkiyəni hər zaman yanımızda hiss etmişik”.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyənin 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə həmişə qardaş dövlətlər olaraq qalacaq: “Çünki Türkiyə hər zaman – şad günümüzdə də, dar günümüzdə də Azərbaycanımızın yanında olub”.

Türkiyənin Milli Uşaq Bayramından danışan F.Qurbanov əlavə edib ki, bu bayram Mustafa Kamal Atatürkdən türk uşaqlarına ən böyük hədiyyədir: “Türkiyənin uşaq bayramı bütün dünyada qeyd olunur. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, uşaqların dəyərini bilək. Çünki uşaqlar bizim gələcəyimizdir. Ümummilli lider Heydər Əliyev də dəfələrlə deyib ki, gənclər bizim gələcəyimizdir. Bu günün uşağı sabahın xalqıdır. Əvvəllər bu, Türkiyənin Milli Suverenlik Bayramı kimi qeyd olunurdu, amma sonradan, yəni, 1929-cu ildən Uşaq bayramı kimi qeyd olunmağa başladı. Bizim dövlətlərin gələcək inkişafı uşaqlardan asılıdır. Məqsədimiz odur ki, uşaqlar əmin-amanlıqda və sülh içində yaşasınlar”.  (Report)