XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2019 - 16:00

Almaniyanın Azərbaycandakı səfiri:"Azərbaycan Cənubi Qafqazda ən mühüm tərəfdaşımızdır"

“Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm tərəfdaşıdır”.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.

“Bu gün münasibətlərimizdə iqtisadi əlaqələr çox vacib yer tutur. Belə ki, ötən il Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün cəlbedici şərait var”, – səfir qeyd edib.

Onun sözlərinə görə, Almaniya Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasını dəstəkləyir/Report.