XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 16:54

Müdafiə Nazirliyinin nümayəndələri Moskvada –Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir

Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb. 

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.