XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2019 - 19:55

Azərbaycanda oynayan futbolçu futboldan uzaqlaşdırılıb- Ömürlük

“Bakı” klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

“Report” FIFA-nın saytına istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə “Bakı” komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan “Dulviç Hamlet”in formasını geyinib.