XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 10:05

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktubu göndərdi –Mətn

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı məktubu göndərib.

Strateq.az həmin məktubun mətnini təqdim edir:

Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.