XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 10:24

Şri-Lankada daha bir partlayış oldu –Paytaxtdan 40 km aralıda

Şri-Lankanın paytaxtı Kolombo şəhərindən, təxminən, 40 km məsafədə yerləşən Puqoda bölgəsində partlayış olub.

“Qazeta.ru” xəbər verir ki, hazırda dağıntılar, ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Xatırladaq ki, Şri-Lankada Pasxa həftəsinin bazar günündə katolik kilsələrində və hotellərdə silsilə partlayışlar baş verib, nəticədə 359 nəfər ölüb, 500-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb/Report.