XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 Aprel 2019 - 12:48

Qar uçqununa düşərək həlak olan hərbçi dəfn edilib –Gəncədə + FOTO

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlu dəfn edilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.