XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 17:14

Müdafiə naziri döyüş atışlı təlimləri izləyib –VİDEO

Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.

Strateq.az MN-ə istinadən bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.