XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2019 - 23:55

MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq –Tarix açıqlandı

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti görüşü 30 may – 1 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Bu barədə respublikanın DİN nümayəndəsinə istinadən “RİA Novosti” məlumat yayıb.

Bu gün Daşkənddə Birlik ölkələrinin hüquq-mühafizə orqanları ekspertlərinin müşavirəsi olub. İştirakçılar Şuranın iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər/Report.