XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 11:08

Bakıda “Formula 2” yarışlarına start verildi –Qrafik

Aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək.

Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Xatırladaq ki, ötən il aprelin 27-29-da Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Dams” komandasının pilotu Aleksander Albon, ikinci yarışında isə “ART Grand Prix” komandasının pilotu Corc Russel qələbə qazanmışdı.