XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 11:49

İlkin Rüstəmzadə karserə salınıb

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan vicdan məhbusu İlkin Rüstəmzadə karserə salınıb.

Strateq.az-a daxil olan məlumata görə, həbsxana rəhbərliyi gənc fəalın rejim qaydalarını pozmasını əsas gətirərək, onu cəzalandırıb.

Xatırladaq ki, İ.Rüstəmzadə bir neçə gün əvvəl Qobustan qapalı tipli həbsxanaya köçürüləcəyini açıqlayıb. Onun vəkili Fariz Namazlı mətbuata açıqlamasında bildirib ki, müvəkkili həbsxanada yeni ittihamla üzləşıb. Məhbus kamerada qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilir, bununla bağlı artıq dindirilib. İttiham sübut olunarsa, İ.Rütəmzadənin cəzası 6 ay artırıla bilər.

Onu da bildirək ki, «Azad Gənclik» Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Strateq.az