SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin fevralında 52 min 99 ton dizel yanacağı, 24 min 19 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8 min 325 ton yüksək təzyiqli polietilen, 1537 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 575 ton maye piroliz qətranı, 2 min 926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-fevral aylarında 125 min 923 ton dizel yanacağı, 65 min 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 15 min 403 yüksək təzyiqli polietilen, 2 min 346 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 102 ton maye piroliz qətranı, 6 min 23 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac olunub.
Keçən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 358,67 dollar, təyyarə yanacağının qiyməti – 314,88 dollar, dizel yanacağının qiyməti – 292,81 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 141,88 dollar təşkil edib.
Strateq.az