XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 18:02

Metronun “Həzi Aslanov” stansiyasının üzərindən keçən su xəttində qəza olub- Açıqlama

Bakıda metronun “Həzi Aslanov” stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.

Trend-in məlumatına görə, stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: “Hadisə ilə bağlı dərhal “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. “Azərsu” əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır”.

B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: “Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur”.