"Qalatasaray" klubunu rəhbərliyi bu gün Mustafa Dənizlinin istefasıyla bağlı rəsmi qərarını açıqlayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qaziantepspor"la oyundan sonra istefa verən Dənizlinin qərarı bu gün klub rəhbərliyinin toplantısında müsbət həll edilib.
Məlumatda o da bildirir ki, yeni məşqçiylə anlaşana qədər komandanı aşağı yaş qruplarının baş məşqçisi Orhan Atik çalışdıracaq.