XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 20:12

Üç ayda dəmir yolu ilə 717 mindən çox sərnişin daşınıb- Statistika Komitəsi

Yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 717 min 300 sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 16,8 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 269 vaqon yüklənib, 394 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,5 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.