XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2019 - 22:14

Topaz Premyer Liqası:- “Neftçi” uduzub, “Qarabağ” ardıcıl 6-cı çempionluğa yaxınlaşıb

Bu gün Topaz Premyer Liqasında XXVI turun oyunları keçirilib.

ONA-nın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Çempionatın lideri “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Son illərin dəyişməz çempionu rəqibini üç cavabsız qolla darmadağın edib.

“Qarabağ”la çempionluq mübarizəsi aparan “Neftçi” öz meydanında “Sumqayıt”la görüşüb. “Ağ-qaralar” erkən qol vurduqları qarşılaşmada məğlubiyyətə üzülüblər.

Bu nəticələrdən sonra “Qarabağ”la “Neftçi” arasında xal fərqi 5-ə yüksəlib. Qurban Qurbanovun yetirmələrinə ardıcıl 6-cı dəfə çempion olmaq üçün növbəti turda qələbə qazanmaq kifayətdir. Ağdamlılar heç-heçə, hətta məğlubiyyətlə də XXVII turda qızıl medallara yiyələnə bilər. Bunun üçün “Neftçi”nin növbəti turdakı xal itkisi yetərli olacaq.

Bürünc mükafat uğrunda mübarizə aparan iki komanda “Səbail” və “Qəbələ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Bütün qolların ilk yarıda vurulduğu matçda bakılılar qələbə qazanıblar və rəqibi ilə xal fərqini 5-ə çatdırıblar.

Premyer Liqada qalmaq üçün vuruşan “Keşlə” “Sabah”ın qonağı olub. Meydan sahibləri Marko Deviçin penalti zərbəsi ilə hesabı açsalar da, Tərlan Əhmədovun yetirmələri son saniyələrdəki qolla məğlubiyyətdən qaçıblar.