XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2019 - 10:00

Ukraynanın birinci prezidenti:"Zelenskini gözdən salmağa çalışa bilərlər"

Köhnə hakimiyyətin nümayəndələri Vladimir Zelenskini gözdən salmağa çalışa bilər.

Bu sözləri Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib.

O, ölkənin yeni seçilən liderinin səbirli davranmalı olduğunu bildirib.

“Zelenski xalq tərəfindən seçilib. Mən şəxsən hesab edirəm ki, Zelenskinin ünvanına istənilən mənfi fikir Ukrayna xalqına hörmətsizlik və onun konstitusion səlahiyyətlərinin icrasına müqavimət göstərmək deməkdir”, – Kravçuk bildirib.  (Axar.az)