XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

28 Aprel 2019 - 22:23

Xorvatiyanın XİN rəhbəri Azərbaycana gəlib –Məqsəd

Xorvatiya Baş nazirinin müavini və Xarici və Avropa Əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.