XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2016 - 20:40

Türkmənbaşıda «Şərq-Qərb» dəhlizi müzakirə olunub

cavid-qurbanov-23

 

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli  görüşü keçirilib.

 

Strateq.az  "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, tədbirdə  qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Görüşdə «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə  birgə fəaliyyət, birgə  nəqliyyat-logistika şirkətlərinin yaradılması və Tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri  müzakirə olunub.

 

Tədbir çərçivəsində «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla Tukmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun  vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilib.

Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər. 

Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.