Türkiyədə bu gün zəlzələ baş verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 21:02-də qeydə alınan yerlatı təkanların episentri Egey dənizində, Çanakkale şəhəri yaxınlığında, ocağı isə 9,22 kilometr dərinlikdə yerləşib.
Zəlzələ 4,1 bal gücündə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.