Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da baş verən terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.
Bununla əlaqədar ali təhsil müəssisəsinə gedən Təhsil naziri təhsil ocağının dəhlizində hadisə ilə əlaqədar qoyulan barelyefə baxış keçirib/Report.