XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2019 - 23:55

Nazir Ramil Usubov Bərdəyə gedəcək –Qəbul

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il may ayının 25-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

DİN-dən Strateq.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.