Gürcüstan Prezidenti Salome Zurabişvilinin payızda ABŞ-a baş tutması planlaşdırılan səfəri ləğv edilib.
Bu məlumatı “Rustavi 2” televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, səfərə hazırlığa mart ayından bu yana başlanıb və bu istiqamətdə aktiv işi Gürcüstan Xarici İşlər Nazirliyi aparıb. Hələlik səfərin ləğv edilmə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili dünən “Amerikanın səsi”nə müsahibəsində ölkəsində ABŞ bazasının tikilməsinin səmərəsiz olduğunu bildirmişdi. O bunun provokasiya kimi qəbul edilə biləcəyini söyləmişdi. (Axar.az)