XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 May 2019 - 18:08

Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb –FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edən H.Süleymanpur forumun önəmli mövzuya həsr edildiyini qeyd edərək tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik edib.

Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb.

E.Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan XİN başçısı, ECO üzv dövlətlərinin bu layihələrdən faydalanması imkanlarından bəhs edib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlar ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr aparılıb.