XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 18:39

Nazir Elmar Məmmədyarov İƏT-in baş katibi ilə fikir mübadiləsi aparıb –Görüş + FOTO

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymi arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, İƏT Baş katibi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edib.

O, Forumun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirib.

E.Məmmədyarov forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamafobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür edib.

Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıb. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.