XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 19:27

Gürcüstanda azərbaycanlı qubernator müavininin səlahiyyətləri dayandırılıb –Səbəb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallının səlahiyyətləri dayandırılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bu, Z.Darğallının Marneuli rayon icra başçısı vəzifəsinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməsi ilə bağlıdır.

Kvemo Kartli qubernatorluğundan Z.Darğallının səlahiyyətlərinin dayandırılmasını təsdiq ediblər.

Qubernatorluğun rəsmi internet səhifəsində “Müavinlər” bölməsindən Z.Darğalı haqqında məlumat da yığışdırılıb.

Qeyd edək ki, Marneulinin icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçiriləcək. Bu post uğrunda 4 azərbaycanlı namizəd olmaqla, ümumilikdə, 15 namizəd mübarizə aparacaq.

Z.Darğallı 2017-ci ildən Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsində çalışıb.