XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 13:38

9-cu siniflərin martın 31-də verdiyi imtahanların nəticələri… –DİM açıqladı

Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil bazasında (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunları, üzrlü səbəbdən 3,10 və 17 martda keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları,orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün martın 31-də keçirilən imtahanların nəticələrini elan edib.

Mərkəzdən  Strateq.az-a verilən məlumata görə, şagirdlər DİM-in saytında  öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.